AFFA FİFA-nı boykot etdi 

AFFA FİFA-nı boykot etdi 
Futbol
109
31 İyul 2026 - 15:51

UEFA FİFA-nın kommersiya fəaliyyətinin bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq Dünya Kuboku da daxil olmaqla, FİFA-nın təşkil etdiyi bütün turnirləri boykot etmək qərarı qəbul edib.


Supersport.Az xəbər verir ki, UEFA-ya üzv olan 55 milli assosiasiya belə qərar verib.


Bildirilib ki, FİFA mübahisəli planından geri çəkilməyəcəyi təqdirdə, UEFA-ya üzv ölkələrin – o cümlədən Azərbaycanın – milli komandaları Dünya Kuboku və digər FİFA turnirlərində iştirak etməyəcək.


UEFA bu təşəbbüsün futbolun idarəçiliyinə və idmanın dəyərlərinə zidd olduğunu bəyan edib.

Digər xəbərlər