"Azərbaycanın xeyrinə qərarlar verildi"
Futbol
114
04 Oktyabr 2026 - 20:00
Supersport.Az xəbər verir ki, UEFA Millətlər Liqasıbda Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas Azərbaycan millisinə uduzduqları oyundan sonra fikirlərini bildirib.
"Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi. Vurulan qolda bizim oyunçuya qarşı kobudluq var idi. Amma nə hakim yoxladı, nə VAR qərarı dəyişdi. Qırmızı vərəqəyə gəldikdə, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki oyunçumuz sürətlə gedirdi. Orada yüngül kontakta da vərəqə göstərilməliydi. VAR bu gün bizim yox, qarşı tərəfin xeyrinə qərarlar verdi".