Azərbaycan yığması reytinqdə gerilədi
Futbol
118
07 Oktyabr 2026 - 15:23
UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların FİFA reytinqi açıqlanıb.
Supersport.Az xəbər verir ki, Azərbaycan yığması əvvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu milli komanda hazırda 1138,96 xalla 127-cidir.
Tacikistan 100-cü (+1), Ermənistan 108-ci (-1), Estoniya 122-ci (+5) yerdədir.