Almaniya Azərbaycan yığmasını darmadağın etdi
Futbol
156
11 Noyabr 2026 - 16:27
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümündə UEFA U-17 Avropa çempionatının I seçmə mərhələsinin ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Almaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Azərbaycan yığması 0-7 hesabı ilə məğlub olub. Matç Almaniyanın Frankfurt şəhərində yerləşən "DFB Kampus"da keçirilib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Bakı vaxtı ilə saat 19:30-da Şimali İrlandiya seçmə komandasına qarşı keçirəcək. Qarşılaşma "DFB Kampus"da olacaq.