4 komanda növbəti mərhələdə
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
İkinci oyun günündə 3 matç keçirilib.
MOİK "Şimal"ı 3:1 hesabı ilə məğlub edərək 1/8 finalda "Sumqayıt"a rəqib olub.
"Araz-Naxçıvan" "Şahdağ Qusar"a qalib gəlib gəlib - 4:0. Muxtar Respublika təmsilçisi növbəti raundda "Mingəçevir" - "Zaqatala" duelinin güclüsü ilə qarşılaşacaq.
"Kəpəz" isə "Ağdaş"ı darmadağın edib - 6:0. Gəncə klubu 1/8 finalda "İmişli" - "Cəbrayıl" cütünün qalibi ilə üz-üzə gələcək.
Günün son görüşündə "Səbail" "Dinamo"ya 6 qol vurub.
İkinci təsnifat mərhələnin digər oyunları oktyabrın 30-31-də keçiriləcək.
29 oktyabr
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
Qollar: Sənan Ağalarov, 16. Benni, 45. Sənan Ağalarov, 49. Elcan Məmmədov, 81.
“Ağdaş” – “Kəpəz” 0:6
Qollar: Lassana Ndiaye, 10. Kərim Lkoça, 17; 42. Tural Rzayev, 21; 60. N.Məmmədov, 64.
MOİK – “Şimal” 3:1
Qollar: Cavid Tağıyev, 17. Balamirzə Soltanov, 55. Cavidan Abbaszadə, 90+1 - Məhəmməd Ağayev, 90+3.
18:00. “Dinamo” – “Səbail” 0:6
Qollar: Oruc Məmmədov, 22, Vüsal Məsimov, 25, Gülağa Əsədov, 39, 56, Ayman Bouali, 66, Fərid Şahhüseyni, 86