"Turan" "Qarabağ"ın daha bir keçmiş futbolçusuyla güclənə bilər
Futbol, Eksklüziv
518
04 Avqust 2025 - 07:37
Supersport.Az-ın əldə etdiyi məlumata görə, çempionluğa iddialı "Turan Tovuz" heyətini gücləndirməyi davam etdirir.
Baş məşqçi Qurban Berdıyev "Qarabağ"ın keçmiş futbolçularından biri Marko Veşoviçi də komandasında görmək istəyir.
Məlumatda bildirilir ki, klubla futbolçu arasında danışıqlar müsbət nəticələnə bilər.
Yaxın günlərdə "Turan"ın Marko Veşoviçi də heyətinə cəlb edəcəyi gözlənilir.
Bir müddət əvvəl "Qarabağ" 33 yaşlı müdafiəçi Marko Veşoviçi yola salıb. Azərbaycan çempionu Monteneqro yığmasının futbolçusuyla müqaviləni yeniləməyib.
Xatırladaq ki, "Turan Tovuz" bir neçə gün əvvəl "Qarabağ", "Sent-Etyen"in keçmiş hücumçusu İbrahima Vadjini gətirib.