Joze Mourinyo: "Fenerbahçe"yə getməklə səhv etdim"
Futbol
421
19 Sentyabr 2025 - 00:33
Supersport.Az-ın məlumatına görə, "Fenerbahçe"dən istefaya göndəriləndən sonra "Benfika"nı seçən Joze Mourinyo açıqlama verib.
"Fenerbahçe"yə getməklə səhv etdim. Ancaq son günə kimi əlimdən gələnin ən yaxşısını etdim".
Xatırladaq ki, "Benfika"nın "Fenerbahçe"ni kənarlaşdıran zaman Joze Mourinyo baş məşqçi postundan istefaya göndərilmişdi. "Qarabağ" "Benfika"nı məğlub etdiyi üçün Portuqaliya klubu Brunu Lajeni yola saldı. Lissabon təmsilçisi Joze Mourinyonu baş məşqçi təyin edib.