Çempionlar Liqası: "Qarabağ" 10-cu pillədə
Futbol
458
19 Sentyabr 2025 - 02:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu başa çatıb.
Supersport.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Lissabonda “Benfika” üzərində 3:2 hesablı qələbəylə turnir cədvəlində ilk oyun günü 3-cü, ikinci matç günü 6-cı, bu gün isə 10-cu pillədə olub.
Ağdam klubu ilk turdan sonra 3 xalla 36 komanda sırasında 10-cudur.
"Qarabağ" ikinci turda oktyabrın 1-də Bakıda "Kopenhagen"i qəbul edəcək.