"İmişli" "Karvan"ı, "Zirə" "Şamaxı"nı məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Supersport.Az xəbər verir ki, turun ilk oyunu Şamaxıda keçirilib.
"Karvan-Yevlax" "İmişli"yə 0:3 məğlub olub.
"Zirə" "Şamaxı"ya çətinliklə qalib gəlib.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
19 sentyabr
16:00. "Karvan-Yevlax" - "İmişli" 0:3
Qollar: Dioqo Almeyda, 12, Edvin Banquera, 15, Azər Salahlı 80
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu
18:30. "Zirə" - "Şamaxı" 2:1
Qollar: Martins Junior, 83, 87 - Kərim Rossi 25
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK