"Qarabağ" "Kopenhagen"i də məhv etdi

"Qarabağ" "Kopenhagen"i də məhv etdi
Futbol
462
01 Oktyabr 2025 - 22:37

UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur oyunları keçirilib.


Supersport.Az xəbər verir ki, ikinci oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da meydana çıxıb.


Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam komandası Bakıda Danimarkanın "Kopenhagen" klubunu məğlub edib. 


Xatırladaq ki, "Qarabağ" ilk turda səfərdə "Benfika"nı məğlub edib (3:2), skandinaviyalılar isə evdə "Bayer"lə bərabərə qalıblar (2:2).


UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur


20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 2:0

Qollar: Abdullah Zubir 28, Emmanuel Addai 83


Baş hakim: Serdar Gözübüyük

Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia

Dördüncü hakim: Yannik Van Der Laan

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot (Hakimlər briqadası Niderlanddandır)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər