Azərbaycan Kuboku: 6 komanda növbəti mərhələdə
Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
"Kəpəz” “Ağstafa Gəncləri”ni (6:1), “Karvan-Yevlax” “Şəki Siti”ni (3:1, əlavə vaxtda), "Baku Sportinq" "Göygöl"ü (2:0), “İmişli” “Qaradağ Lökbatan”ı (3:2), “Şəfa” isə “Cəbrayıl”ı (3:0), "Turan" "Dinamo"nu (5:0) məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
İkinci təsnifat mərhələsinin digər 6 matçı sabah keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr (çərşənbə axşamı)
“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: İlham Allahverdiyev, 40; 60.
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Buzovna qəsəbə stadionu.
“Karvan-Yevlax” – “Şəki Siti” 3:1, əlavə vaxtda
Qollar: Said İranxan, 16. Tompson Qavi, 105+1. Coy-Slayd Mikels, 118 - Nurlan Novruzov, 90+2.
Qırmızı vərəqə: Nika Çaçaşvili, 99.
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Şamaxı şəhər stadionu.
“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar: Sabir Allahquliyev, 28-pen.; 69 - Elmir Rəhimzadə, 65. Luis Silvestr, 81-pen.; 90+5.
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Quba OİK stadionu.
“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar: Amir Ebrahimzade, 25; 44. Amil Yunanov, 84.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Şamaxı OİK stadionu.
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov, 44. Şahnur İsmayılov, 61-pen. Kresus Donqo, 85 - Eltac Hüseynov, 69.
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Qəbələ şəhər stadionu.
17:00 “Dinamo” – “Turan Tovuz” 0:5
Qollar: V.İbrahima, 18, 51, Ş.Əliyev, 18, A.Hüseynov, 41, 90
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
“Azersun Arena”.