"Çelsi" "Qarabağ"la oyuna ciddi itkilərlə gəldi - Fotolar
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 4-cü turunda "Qarabağ"ın qonağı olacaq dünya çempionu "Çelsi" ölkəmizə itkilərlə gəlib.
İngiltərə klubu Bakıya 23 futbolçuyla təşrif buyurub. "Çelsi"ni gətirən təyyarə 2 min 500 km-lik məsafədə 5 saat 30 dəqiqə vaxt sərf edib.
İtaliyalı baş məşqçi Enzo Maresca, portuqaliyalı cinah oyunçusu Pedro Netonun "kiçik problem" səbəbiylə səfərdə olmayacağını bildirmişdi.
Benoit Badiashile, Levi Colwill, Dario Essugo və Cole Palmer də müvafiq zədələrinin sağalma işlərinə davam etmək üçün evdə qalıblar.
Liam Delap və Robert Sanchez səyahət edənlər arasındadır.
"Çelsi" bundan əvvəl Çempionlar Liqasında "Stemford Bric"də "Benfika" və "Ayaks"ı məğlub edərək ardıcıl qələbələr qazanıb.
"Çelsi" "Qarabağ"la oyuna bu heyətlə gəlib:
Qolkiperlər: Filip Jorgensen, Max Merrick, Robert Sanchez
Müdafiəçilər: Josh Acheampong, Tosin Adarabioyo, Trevoh Chalobah, Marc Cucurella, Wesley Fofana, Malo Gusto, Jorrel Hato, Reece James
Yarımmüfafiəçilər: Facundo Buonanotte, Enzo Fernandez, Romeo Lavia, Moises Caicedo, Andrey Santos
Hücumçular: Liam Delap, Alejandro Garnacho, Tyrique George, Jamie Gittens, Marc Guiu, Joao Pedro, Estevao Willian