"Kəpəz" - "Qarabağ" matçına bilet satışında rekord
Futbol
121
17 Noyabr 2026 - 14:42
🔥 "Kəpəz" və "Qarabağ" klubları arasında noyabrın 22-də Azərvaycan Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna azarkeşlər tərəfindən böyük maraq var.
Supersport.Az-ın məlumatına görə, bu görüşə biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.
Matça 1 gün ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55%-i deməkdir.
Satış belə yüksək templə davam edərsə, qabaqcadan bütün biletlərin satılacağı gözlənilir.
Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) olub.