Azərbaycan yığması qrupda qaldı
Futbol
25
17 Noyabr 2026 - 21:00
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda iştirakını başa vurub.
Supersport.Az xəbər verir ki, B liqasında Elgiz Kərəmlinin baş məşqçisi olduğu Azərbaycan yığması Farer adalarıyla qarşılaşıb.
Matçın 16-cı dəqiqəsində "Sabah"ın futbolçusu Ümid Səlimov ilk qolu vurub. Millinin legioneri Mustafa Kamara 67-ci dəqiqədə penaltidən fərqlənib. Azərbaycan yığması qələbə qazansa da, qrupda qalıb.
Azərbaycan komandasını ilk oyunda əvvəlcə Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi 7:2, ardından Serbiya 4:0 darmadağın etmişdi.