Azərbaycan sonuncu oldu, Litva irəli getdi

Azərbaycan sonuncu oldu, Litva irəli getdi
Futbol
122
17 Noyabr 2026 - 17:25

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümünün UEFA U-17 Avropa çempionatının I seçmə mərhələsində bərbad çıxış edib.


Supersport.Az xəbər verir ki, Azərbaycan yığması Litvayla son oyunda məğlubiyyətdən xilas olub. Matç 1:1 bitib. Bununla AFFA-nın komandası qrupda 1 xalla yarışda mübarizəni dayandırıb.


B liqasında Azərbaycanın seçmə komandasını əvvəlcə Almaniya yığması 7:0, sonra Şimali İrlandiya 4:0 rüsvay etmişdi.


Litvalılar turnirin ilk görüşündə Şimali İrlandiya yığmasına 4:2 hesabı ilə qalib gəlib, daha sonra Almaniya komandasına 0:4 hesabı ilə uduzmuşdu. Beləliklə, onlar turnirdə ümumilikdə 4 xal toplayaraq ikinci yeri tutublar.

​Bu o deməkdir ki, yazda litvalılar seçmə mərhələnin A liqasında mübarizə aparacaq və çempionatın final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.

Digər xəbərlər