"Napoli" - "Qarabağ" matçına biletlər satışda - Foto
Futbol, Foto
469
10 Noyabr 2025 - 22:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 5-ci turunda "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" oyununa biletlər bu gün satışa çıxarılıb.
Matça "Ailə tribunası"na biletlərin qiyməti böyüklərə 14, uşaqlara 12 avrodur.
Digər sektorlarda oyunu izləmək istəyənlər 25, 30, 50, 55, 70, 80, 95, 100, 110, 120, 125, 140, 145, 165 avro ödəməlidir.
"Napoli" - "Qarabağ" matçı noyabrın 26-da Bakı vaxtilə 00:00-da başlanacaq. Oyun Neapol şəhərinin 132 milyon avroluq, 55 min tamaşaçı tutumlu "Dieqo Armando Maradona" adına stadionda keçiriləcək.
Çempionlar Liqasında "Qarabağ" 7 xalla 15-ci, "Napoli" 4 xalla 24-cü yeri tutur.