Nərimanın Amerikada qazancı
Futbol
84
13 May 2026 - 14:41
ABŞ-ın "Kolambus Kryu" klubunun azərbaycanlı hücumçusu Nəriman Axundzadənin maaşı məlum olub.
Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandasının forvardının vergilər çıxıldıqdan sonra ildə 550 000 dollar (təxminən 930.000 manat) qazanacağı haqda məlumat yayılıb.
Nəriman bu ilin fevralın 10-da "Kolambus Kryu" ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu, 2029-cu il iyunun 30-na qədər MLS klubuna məxsusdur.