Riad Rəfiyevin uğursuz seçimi sərt tənqid olundu
Futbol
165
03 İyul 2026 - 11:49
"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat olub. Adil Şükürov bu vəzifəni icra edəcək.
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev buna görə sosial şəbəkələrdə klub azarkeşləri tərəfindən sərt tənqid olunub. Hətta bəzi fanatlar klubdan imtina ediblər. Azarkeşlər Sumqayıt klubunun premyer liqanı tərk etməmək üçün yarışacağını düşünürlər.
48 yaşlı Adil Şükürov daha öncə "Zirə" "Şüvəlan", "Kəpəz" və "Səbail" kimi klublarda baş məşqçi vəzifəsində çalışıb, uğursuzluqlarla, qovulmaqla yadda qalıb.
Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.