"Allah Fələstin xalqına zəfər nəsib etsin" - Amerikadakı məşqçi - Foto
Supersport.Az xəbər verir ki, Amerikada dünya çempionatında Avstraliyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanan Misirin futbol yığmasının baş məşqçisi Husam Həsən Hüseyn sevinc göz yaşları içində fikirlərini açıqlayıb.
Misirlilər 1/8 raundunda dünya çempionu Argentinayla qarşılaşacaq.
Arlinqton şəhərinin stadionunda tarixi uğuru qeyd edərkən Fələstin bayrağına bürünən, bununla işğalçı, insanların düşməni İsrailə etiraz edən 59 yaşlı mütəxəssis, qələbəni Fələstin xalqına da həsr etdiklərini bildirib.
Husam Həsən BeIN Sports-a verdiyi müsahibədə deyib:
"Ürəyim və ruhum Fələstin xalqı ilədir. Onlara, ölkəmizə təşəkkür edirəm. Bu qələbəni Fələstin və Misirə həsr edirəm.
Allah Fələstin xalqına zəfər nəsib etsin, onların şəhidlərinə rəhmət eləsin.
Azarkeşlərimiz Dünya Kubokunda möhtəşəm dəstək verirlər və bu qələbəyə layiqdirlər. Allah bizi şərəfləndirsin. Xeyirxah insanlar üçün qələbə qazanmağa ümid edirdim.
Allaha şükürlər olsun. Misirə, ərəb dünyasına və Afrikaya təbriklər. Bu zəfər bizim üçün şərəfdir".
Xatırladaq ki, İsrail Fələstini 59 ildir işğal edib, onminlərlə insanları öldürüb, əsirlərə işgəncələr verir. İnsanları soyqırım edən israillilər, qondarma "erməni soyqırımı"nı tanıyıb.