"Sabah" "Mançester Yunayted"lə matçda nəticəni düşünmür" - Video  

"Sabah" "Mançester Yunayted"lə matçda nəticəni düşünmür" - Video  
Futbol, Video
132
10 Sentyabr 2026 - 09:00

Supersport.Az Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Yunayted"in qonağı olacaq təmsilçimiz "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın İngiltərədə fikilərinin videogörüntüsünü təqdim edir.

Litvalı mütəxəssi oyundan öncə keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:


"Hazırda məqsədimiz nəticə barədə düşünməməkdir. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşaraq əslində nə qədər güclü olduğumuzu görmək istəyirik. Monakoda püşkatmadan dərhal sonra demişdim ki, püşk çətin, hətta çox çətin ola bilər, əsl “Sabah püşkü” də düşə bilər. “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Napoli” kimi komandalarla qarşılaşacağıq.


Düşünürəm ki, hazırda nəticə barədə düşünməyin vaxtı deyil. Bu turnir, belə oyunlar bizim və klubumuz haqqında bir çox həqiqəti üzə çıxaracaq. Onlar hansı istiqamətdə irəliləmək istədiyimizi, nəyə nail olmağı hədəflədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə dərs çıxaracağımızı göstərəcək.


Əsas olan oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və onu yaşamaqdır. Əlbəttə, bacardığımızın ən yaxşısını və oynaya biləcəyimiz futbolu göstərmək istəyirik. Rəqabət apara biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə biləcəyikmi? Məhz bunu görmək istəyirik. Əgər nəticə barədə düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə olan konsentrasiyamızı itirəcəyik".

Digər xəbərlər