"Qarabağ"dan ayrılan Koxalski bu kluba keçdi

"Qarabağ"dan ayrılan Koxalski bu kluba keçdi
Futbol
155
08 Sentyabr 2026 - 15:56

"Qarabağ" qapıçı Mateuş Koxalski ilə yolların ayrıldığını rəsmən açıqlayıb.


Supersport.Az Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, polşalı qolkiper karyerasını ölkəsində "Vyeçista" klubunda davam etdirəcək.


Açıqlamada bildirilib ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub. "Qarabağ" Mateuş Koxalskinin transferi ilə bağlı “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.


2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandada Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.


"Qarabağ" futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər