"Traktor"a cəza: "İran federasiyası düşmənçilik, irqçilik edir" 

"Traktor"a cəza: "İran federasiyası düşmənçilik, irqçilik edir" 
Futbol, Eksklüziv
152
09 Sentyabr 2026 - 09:00

Supersport.Az-ın məlunatına görə, İran proliqasının 6-cı turunda qalmaqal olub. 



Cənubi Azərbaycan təmsilçisi "Traktor" "Gol Gohar"ı 1:0 hesablı məğlub edərək 16 xalla liderliyini möhkəmləndirib.

Matçda komandalar arasında gərgin məqamlar yaşanıb, baş hakim bəzilərini qırmızı vərəqəylə cəzalandırıb.


"Traktor" klubu İran futbol qurumunu sərt qərarlarla bağlı tənqid edib:



"İran Futbol Federasiyası növbəti dəfə "Traktor"a qarşı düşmən mövqeyi tutdu! Bu irqçilik hara qədər gedəcək?


İntizam Komitəsi "Traktor" və "Gol Gohar" arasındakı oyunla bağlı qərarlarını açıqladı. Buna görə də "Traktor" rəsmisi Xodadad Əzizi 4 ay müddətinə Pro Liqa fəaliyyətlərində iştirak etməkdən məhrum edilib və 20 milyard rial (24 min 734 manat-red.) cərimə olunub!


"Traktor" Klubu İntizam Komitəsinin "Gol Gohar"la oyunla bağlı verdiyi qərardan şikayət  verib. Klub məsələni Apelyasiya Komitəsi vasitəsilə həll etmək niyyətindədir".

Digər xəbərlər