"Neftçi" "Araz"ı sınadı
Futbol
36
02 Oktyabr 2026 - 18:37
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama oyunu keçirib.
Supersport.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin qollarını Alen Şkribek və Andrey Ştoqrin vurub.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 6 turdan sonra 15 xalla turnir cədvəlində birincidir. "Araz-Naxçıvan" 2 xalla sonuncu - 12-ci yerdədir.