Azərbaycandan qızıl açılış: Əhməd Yusifov dünya çempionu oldu
Olimpiya, Digər, Cüdo
115
04 Oktyabr 2026 - 21:19
Supersport.Az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında birinci olub.
Yarışda 60 kiloqram çəkidə mübarizə aparan idmançımız finalda qazaxıstanlı Şerzod Davlatovla qarşılaşıb.
Əhməd Yusifov qələbəylə dünya çempionatında qızıl medal qazanıb.
Bu gün tatamiyə çıxan digər cüdoçular - Balabəy Ağayev, Könül Əliyeva və Şəfəq Həmidova isə mundialı medalsız qalıblar.
Dünya çempionatında 6 qitədən 93 ölkənin 622 idmançısı mübarizə aparır.