Qurban Qurbanov: "Komandaya lazım olan yükləməni verdik"
Futbol
213
03 Oktyabr 2026 - 20:00
Supersport.Az xəbər verir ki, "Zirə"ni yoxlama oyununda (3:1) məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Pis oyun alınmadı. İstərdik ki, bəzi futbolçularımız da burda olsun, bəzi oyunçularımız da sonadək oynasınlar. Amma müəyyən səbəblərə görə bir az çatışmazlıq oldu. Komandaya lazım olan yükləməni verdik. Hazırlığımızı bu oyunla tamamladıq. Temp və mübarizənin olduğu maraqlı oyun alındı. 50-60 dəqiqə çempionat matçından fərqlənmədi. Ümumilikdə, tam razı qaldım".