Azərbaycan yığması "Euro 2028"in son səbətində - Foto
Futbol, Eksklüziv, Foto
159
14 Noyabr 2026 - 09:27
Supersport.Az-ın məlumatına görə, UEFA "Euro 2028" seçmə mərhələsinin püşkatma mərasimi ərəfəsində ölkələrin hansı səbətlərdə olacağı müəyyənləşib.
Azərbaycanın futbol yığması sonuncu 5-ci səbətdə yer alıb.
Euro-2028-in seçmə raundunun püşk mərasimi 6 dekabr tarixində Bakı vaxtıyla 21:00-da Şimali İrlandiyanın Belfast şəhərində (Beynəlxalq Konqres Mərkəzində) keçiriləcək.
Yarışda 54 ölkə 12 qrupda mübarizə aparacaq. 24 yığma finala vəsiqə qazanacaq.
Avropa çempionatının final mərhələsinin püşkü seçmə raund başa çatdıqdan sonra olacaq.
"Euro-2028"in seçmə raundunun matçları 25 mart 2027-28 mart 2028-ci il aralığında keçiriləcək.