Zidan: "Müdafiədə çox zəif oynadıq"

Zidan: "Müdafiədə çox zəif oynadıq"
Futbol
64
13 Noyabr 2026 - 16:31

Supersport.Az xəbər verir ki, Millətlər Liqasında İtaliya millisinə 1:3 hesablı məğlub olan Fransa yığmasının baş məşqçisi Zinəddin Zidan UEFA-ya açıqlamasında matç haqda belə deyib:


"Matçın müəyyən hissələrində, xüsusilə də birinci hissədə yaxşı oynadıq. Doğrudur, daha çox qol vura bilmədik, amma çoxlu şans yaratdıq və hətta iki dəfə top qapı dirəyindən qayıtdı. Hər şey pis deyildi. Bəlkə də məni narahat edən yeganə məqam İtaliyanın ikinci qolundan sonra reaksiya verə bilməməyimiz oldu. İkinci hissədə müdafiədə bir qədər daha çox problem yaşadıq".

Digər xəbərlər