Arda Güler "Real"ı PSJ-yə dəyişəcək?

Arda Güler "Real"ı PSJ-yə dəyişəcək?
Futbol
136
14 Noyabr 2026 - 14:27

​İspaniya La Liqası təmsilçisi "Real Madrid" bu mövsüm bütün turnirlərdə uğurlu çıxışı ilə diqqət çəkən Arda Gülerin müqaviləsini uzatmaq üçün danışıqlar aparır.


Supersport.Az xarici mediaya istinadla ​məlumat verir ki, klub hazırda illik maaşı 6,2 milyon avro olan Arda Gülərə illik 8 milyon avro qazanc nəzərdə tutan 5 illik yeni müqavilə təklif edib. Arda razılaşarsa, həftədə 153 846 avro, gündə isə 21 917 avro qazanacaq.


​Digər tərəfdən, Fransa Liqa 1 təmsilçisi PSJ də Arda Güləri heyətinə qatmaq istəyən klublar sırasındadır. Fransa nəhənginin gənc yarımmüdafiəçi üçün "Real Madrid" klubuna 200 milyon avro transfer haqqı  ödəməyə hazır olduğu bildirilir.


​Bu mövsüm "Real Madrid"in heyətində 14 oyuna çıxan Arda Gülər 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər