Roberto Mançini: "Erkən qol buraxmaq komandamı "sındıra" bilərdi"

Roberto Mançini: "Erkən qol buraxmaq komandamı "sındıra" bilərdi"
Futbol
70
13 Noyabr 2026 - 16:51

Supersport.Az xəbər verir ki, UEFA Millətlər Liqasında Fransa yığmasını məğlub edən İtaliya millisinin baş məşqçisi Roberto Mançini qələbəni şərh edib:


"Görüləsi işlərimiz var. Qarşıda hələ uzun yolumuz var. Uşaqlar, əlbəttə ki, hər şeyi kompensasiya etmək istəyirlər və biz hazırda yaxşı nöqtədəyik.


Mütəxəssis bildirib ki, erkən qol buraxmaq komandasını "sındıra" bilərdi:


"Təəssüf ki, belə hallar olur. Sakitliyimizi qorumağı bacardıq, oyunumuzu davam etdirdik və nəticədə qələbəyə tam layiq olduq. Fransaya qarşı 10-cu dəqiqədə qol buraxmaq bizi sındıra bilərdi: ĺəvəzində sakit qaldıq və yenidən öz oyunumuza qayıtdıq.


​Komanda möhtəşəm çıxış idi, uşaqlar çox yaxşı oynadılar. Azarkeşlərə görə şadam və ümid edirəm ki, oyundan zövq aldılar".

Digər xəbərlər