"Mançester Yunayted"də yeni baş məşqçi
Futbol
13
13 Noyabr 2026 - 22:44
"Mançester Yunayted" baş məşqçi postuna argentinalı mütəxəssis Maurisio Poçettinonun gətirildiyini açıqlayıb.
Premyer Liqada 10 oyunda cəmi 1 qələbə qazanaraq düşmə zonasına qədər geriləyən klub Maykl Kerriklə yolları ayırıb. sonra gözlənildiyi kimi yeni baş məşqçi Maurisio Poçettino olub.
54 yaşlı mütəxəssisin müqaviləsi 5 gün sonra aktiv olacaq.
Poçettino ABŞ yığmasından getməyə razılıq verib.
Məşqçilik karyerasına 2009-cu ildə "Espanyol"da başlayan Maurisio Poçettino daha sonra ardıcıl olaraq "Sauthempton", "Tottenhem", PSJ, "Çelsi" və ABŞ milli komandasını çalışdırıb. PSJ ilə liqa, kubok və Superkubok çempionluqları yaşayan 54 yaşlı mütəxəssis ABŞ millisi ilə 2026-cı il Dünya Çempionatında 1/8 final mərhələsinə vəsiqə qazana bilib. .