"Azərbaycanla oyunda müdafiədə oturmayacağıq, qol vurmağa çalışacağıq" 

"Azərbaycanla oyunda müdafiədə oturmayacağıq, qol vurmağa çalışacağıq" 
Futbol
87
13 Noyabr 2026 - 17:23

Supersport.Az xəbər verir ki, UEFA Millətlər Liqasında Vadutsda Azərbaycan yığmasını qəbul edəcək ​Lixtenşeyn seçmə komandasının baş məşqçi Konrad Fünfştük arşıda çətin sınaq olduğunu bildirib:


"Həmişə problemlər haqqında düşünməyin mənası yoxdur. Mən həllin tərəfdarıyam.

Ən əsası futbolçular meydana sevgi və inamla çıxsınlar.


Lixtenşteyn yalnız müdafiə olunmaq fikrində deyil. Cəsarət və mübarizlik son oyunlardakı müsbət nəticələrin əsas şərtlərindən biri olub. Azərbaycan ilk oyunun gedişində Lixtenşeynin oyun üslubu qarşısında çətinlik çəkəndə müəyyən qol imkanları olmuşdu. Heç-heçə yaxşı nəticə oldu. Buradakı matç da asan matç olmayacaq. Qol vurmağın yollarını axtaracağıq".



​

Digər xəbərlər