Ronaldonun anası Portuqaliyanın məğlubiyyətinə sevindi
Futbol
222
17 Noyabr 2026 - 08:25
Supersport.Az xəbər verir ki, Kriştiano Ronaldunun anası Dolores Aveyru oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini bildirib.
Portuqaliyanın Danimarkaya 4-1 hesabı ilə məğlub olmasına sevindiyini açıqlayan Aveyrunun sözləri gündəm olub.
Portuqaliya futbolunun dünyaca məşhur ulduzu Kriştianu Ronaldonun milli komanda karyerasını başa vurmasının ardından anası Dolores Aveyrudan diqqətçəkən açıqlamalar gəlib.
Oğlunun milli komandada kifayət qədər dəyər görmədiyini müdafiə edən Aveyr, Portuqaliya Futbol Federasiyasını və komanda ətrafını tənqid edib.
"Layiq olduğu hörməti görmədi"
Kriştianu Ronaldunun milli komandadan ayrılma prosesindən duyduğu kədəri dilə gətirən Dolores Aveyru, oğlunun Portuqaliya forması ilə keçirdiyi illərdə layiq olduğu dəyəri tapmadığını deyib.
Aveyru bildirib: "Oğlum həqiqətən çox kədərləndi, mən də onun adına çox məyusam. Kriştiano milli komandada layiq olduğu dəyəri görmədi. Komanda yoldaşları da daxil olmaqla heç kim ona lazımi hörməti göstərmədi".
Dolores Aveyrunun açıqlamalarında ən çox diqqət çəkən hissə isə Portuqaliyanın Danimarka qarşısında aldığı 1:4 hesablı məğlubiyyətlə bağlı sözləri olub.
Oğlunun milli komandada yaşadıqlarına etiraz edən Aveyru, Danimarkanın qələbəsindən məmnunluq duyduğunu qeyd edərək deyib:
"Danimarkanın Portuqaliyanı məğlub etməsi yaxşı oldu, bu nəticəyə çox sevindim".
Portuqaliya Futbol Federasiyasının Kriştiano Ronaldu üçün planlaşdırdığı vida tədbirini də tənqid edən Dolores Aveyru, mərasimin ulduz futbolçu hələ milli komandada olarkən keçirilməli olduğunu vurğulayıb.
Oğluna əsl dəyər verən klubun "Sportinq" olduğunu qeyd edən Aveyru, vida mərasiminin də məhz Portuqaliya təmsilçisi tərəfindən təşkil ediləcəyini açıqlayıb.
Aveyru sözlərini belə tamamlayıb:
"Vida mərasimi Ronaldo gedəndən sonra deyil, özü orada olarkən keçirilməli idi. Ona əsl dəyəri verən klubu :Sportinq" vida mərasimi təşkil edəcək. Çünki orada onun qədrini bilirlər".