Mourinyo "Real"a yeni futbolçular alınmasını, kiminsə getməsini istəmir
Futbol
57
27 Noyabr 2026 - 21:41
Supersport.Az xəbər verir ki, Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo klub ətrafındakı transfer xəbərlərinə münasibət bildirib.
"Real”da görmək istəmədiyim yeni futbolçu yoxdur. Mən kiminsə alınmasını və heç kimin komandanı tərk etməsini də istəmirəm. Heç nə uydurmağa ehtiyac yoxdur, çünki mənə yeni futbolçular lazım deyil".
Hazırda "Real" İspaniya çempionatının turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Madridlilər 33 xal toplayıblar. "Barselona" isə 36 xalla liderdir.