Mourinyo jurnalist qohumunu qucaqladı, "onunla danışmıram" dedi
Futbol
56
27 Noyabr 2026 - 22:27
Supersport.Az xəbər verir ki, futbol dünyasının diqqət mərkəzində olan baş məşqçilərindən Joze Mourinyo bu dəfə meydandakı açıqlamaları ilə deyil, mətbuat konfransında maraqlı hərəkət edərək gündəmə gəlib.
"Real Madrid"in baş məşqçisi jurnalistlər arasında olan media nümayındəsi olan əmisi oğlu ilə qarşılaşdıqda onu qucaqlayaraq alnından öpüb.
Joze Mourinyo mətbuat konfransında jurnalist qohumunu təqdim edərək bu sözləri deyib:
"Portuqaliyanın ən yaxşı jurnalistlərindən biridir, amma onun qurumu mənə çox pis davranır, buna görə onunla danışmıram".
Mourinyonun bu səmimi jesti zalda əyləşənlərin diqqətini çəkib, görüntülər isə qısa müddətdə sosial şəbəkələrdə yayılıb, azarkeşlər tərəfindən çoxsaylı bəyəni və şərhlər toplayıb.