Ronaldo karyerasında ən güclü komandanı açıqladı

Ronaldo karyerasında ən güclü komandanı açıqladı
Futbol
57
27 Noyabr 2026 - 21:55

Braziliyanın sabiq hücumçusu Ronaldo (Nazario de Lima) karyerasında oynadığı ən güclü komanda kimi 2002-ci il ölkə millisini göstərib. O, həmin heyətin dünyanın istənilən rəqibini məğlub edə biləcək səviyyədə olduğunu vurğulayıb.


​Ronaldonun fərqləndirdiyi komanda yoldaşları Roberto Karlos (karyerasının ən yaxşı dövründə), Kafu, Lusio, Edmilson, Roberto Silva (Gilberto Silva), Rivaldo, Ronaldinyo və Juninyo olub. 

Ronaldo bütün oyunçuların bir-biri ilə çox yaxşı anlaşdığını və birlikdə yüksək səviyyədə çıxış etdiyini bildirib.

Braziliya millisi 2002-ci il dünya çempionatda keçirdiyi bütün 7 oyunda qələbə qazanıb.

​"Sambaçılar" finalda Almaniya millisini 2:0 hesabı ilə məğlub edib.

​Finalın qəhrəmanı hər iki qolun müəllifi Ronaldo olub.


Digər xəbərlər