Fransada azarkeşlər döyüldü: "Boğazıma 4 bıçaq dirədilər"

Fransada azarkeşlər döyüldü: "Boğazıma 4 bıçaq dirədilər"
Futbol
57
27 Noyabr 2026 - 23:59

UEFA Avropa Liqasının 5-ci həftəsində "Olimpik Marsel" - "Levski Sofiya" (1:0) matçında dava düşüb. 


​Fransız azarkeşlər bolqar tamaşaçıların yerləşdiyi qonaq sektoruna hücum ediblər. Hadisə zamanı yaralanan 11 nəfərdən üçünün başına ağır zərbə dəydiyi və vəziyyətinin ciddi olduğu bildirilib.


Nikolay Bohzov yaşanan hadisələrlə bağlı bunları deyib: "Orada boğazıma dörd bıçaq dirədilər. Onları məhkəməyə verəcəyəm. Hər şeyi qeydə almışam".

​

​Qonaq komanda "Levski Sofiya"nın sosial şəbəkə hesabında yayılan açıqlamada isə bu ifadələr yer alıb: "UEFA, izləyirsinizmi? "Levski" azarkeşləri Marselin ortasında amansızcasına döyüldü! Belə günlərdə nəticə ən əhəmiyyətsiz şeydir..."

Digər xəbərlər