"Qarabağ" yerini dəyişmədi, "Sabah" gerilədi
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa yarışlarının növbəti turundan sonra klubların reytinqini açıqlaylb.
Avropanın 415 komandası sırasında Azərbaycan təmsilçiləri də var.
Konfrans Liqasında uğursuzluqla barışan "Qarabağ" (36.250 xal) 61-cidir.
Çempionlar Liqasının liqa mərhələsində "Barselona"ya da məğlub olan "Sabah" 5 pillə geriləyək 137-cidir (14.000 xal).
"Zirə" (7.000 xal) 3 pillə düşərək 225-ci, "Neftçi" 1 pillə geriləyərək 270-ci (5.500 xal), bir pillə geriləyən "Araz-Naxçıvan" 300-cü, "Sumqayıt" 301-ci, "Qəbələ" 302-ci (hər üçü 4.837 xal) pillədədir.
UEFA reytinqində ilk "üçlük"də "Bayern" (133.500 xal), "Arsenal" (133.000 xal) və "Real Madrid" (130.500 xal) yer alıb.
Çempionlar Liqasının ikiqat qalibi PSJ (128.000 xal) 4-cüdür.