"Barselona"da ən pis göstərici, fikir ayrılığı

"Barselona"da ən pis göstərici, fikir ayrılığı
Futbol
58
27 Noyabr 2026 - 23:13

Supersport.Az xəbər verir ki, ​"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasında problemlər olduğunu etiraf edib.


Alman mütəxəssis ücumda səmərəliliyi artırmalı olduğunu düşünür. Bu barədə "El Nacional" məlumat yayıb.


​Mənbənin məlumatına görə, kataloniyalılar La Liqada hər oyuna orta hesabla 3,92 qol vururlar. Lakin aşkar qol imkanlarının reallaşdırılmamasına görə də çempionatda ən pis göstəriciyə malikdirlər — hər matçda orta hesabla 3,4 imkanı əldən verirlər.


​Flik bu problemin gec-tez nəticələrə təsir edə biləcəyindən ehtiyatlanır. Onun fikrincə, komandanın qol vurmaqda çətinliyi yoxdur — sadəcə yaradılan imkanlardan daha səmərəli istifadə etmək lazımdır.


​Bununla belə, Rafinya və "Barselona"nın digər kapitanları baş məşqçi ilə razılaşmırlar. Futbolçular komandanın kifayət qədər qol vurduğunu vurğulayır və ayrı-ayrı qol epizodlarındakı dəqiqsizlikləri ciddi narahatlıq səbəbi saymırlar.

Digər xəbərlər