​"Arsenal"ı məğlub edə bilməməyimiz üçün heç bir səbəb yoxdur"

​"Arsenal"ı məğlub edə bilməməyimiz üçün heç bir səbəb yoxdur"
Futbol
57
27 Noyabr 2026 - 23:21

Supersport.Az xəbər verir ki, "Manchester City"nin baş məşqçisi Enzo Mareska Premyer Liqada noyabrın 29-da "Arsenal" ilə keçirəcəkləri oyundan əvvəl açıqlamalar verib. İtaliyalı mütəxəssis komandasının səfərdə qalib gələ biləcəyinə inandığını deyib, eyni zamanda "Arsenal" ilə aparılan müqayisələrə reaksiya göstərib.

​"ARSENAL"I MƏĞLUB EDƏ BİLMƏMƏYİMİZ ÜÇÜN HEÇ BİR SƏBƏB YOXDUR

​"Arsenal"ı məğlub edə bilməməyimiz üçün heç bir səbəb yoxdur. Bu mövsüm səfərdə vacib oyunları qazana biləcəyimizi artıq sübut etmişik. Bu dəfə də qalib gələ bilməməyimiz üçün səbəb görmürəm."

"​HƏR KƏS BİZİ MÜQAYİSƏ ETMƏYƏ BAŞLADI"

​"Qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Amma təkrar edim: noyabrın 1-nə qədər iki ay yarım ərzində çempionatda lider idik. İndi birinci yerdə deyilik və hər kəs bizi müqayisə etməyə başladı."

"​BİR KOMANDA YEDDİ İLDİR, DİGƏRİ DÖRD AYDIR BİRLİKDƏDİR"

​"Məncə, müqayisə aparmaq qeyri-mümkündür, çünki bir komanda yeddi ildir birlikdədir, digəri isə dörd aydır. Bir çox insanın bunu etməyə çalışdığını anlayıram, amma mənim üçün hər şey çox aydındır."

​"HAZIRDA ŞÜBHƏSİZ ƏN YAXŞI KOMANDA ONLARDIR"

​"Arsenal"ın nə qədər öndə olması ilə bağlı sualı cavablandıran Mareska rəqibinin uğurlarına diqqət çəkib:

​"Premyer Liqanı qazandı və Çempionlar Liqasının finalına yüksəldi. Bu da hazırda nə qədər güclü olduğunu göstərir. Oyunu qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik, lakin hazırda şübhəsiz ən yaxşı komanda onlardır. Bizim üçün ən böyük problem öz yaratdığımız imkanlarla rəqiblərimizə yaratmağa izn verdiyimiz imkanlar arasındakı fərqdir".

Digər xəbərlər