Ərdoğan Batumidə azarkeşləri azadlığa buraxdırdı
Futbol
67
27 Noyabr 2026 - 22:17
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının 5-ci həftəsində Gürcüstanın Batumi şəhərində keçirilən "Beşiktaş" - "Hapoel B.Şeva" qarşılaşmasında tribunadakı qalmaqaldan sonra saxlanılan 16 "ağ-qara" azarkeş azadlığa buraxılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri istiqamətində aparılan diplomatik və hüquqi addımlar effekt verib.
Hadisədən sonra türkiyəli ədliyyə naziri Akın Gürlekin Gürcüstanın ədliyyə naziri Paata Salia ilə danışaraqg baş verən zorakılıq hallarını pislədiyi, saxlanılan vətəndaşların dərhal azadlığa buraxılmasını və məsul şəxslər barəsində hüquqi prosedurların başladılmasını tələb etmişdi.