Luis Enrike: "PSJ ən yaxşı komandadır"
Futbol
56
27 Noyabr 2026 - 23:07
Supersport.Az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike komandasının standart vəziyyətlərin icrası zamanı göstərdiyi oyunu yüksək qiymətləndirib.
"Hazırda standart vəziyyətlərdə ən yaxşı komandayıq. Həm müdafiədə, həm də hücumda. Bununla fəxr etmək olar. Ümumiyyətlə, komandamızla bağlı hər şey məni sevindirir. Müdafiəçilərin, yarımmüdafiəçilərin və hücumçuların qol vurması çox xoşdur".
Xatırladaq ki, Fransa çempionatının 11 turundan sonra PSJ 26 xalla turnir cədvəlinə başçılıq edir. "Paris" 23 xalla ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, noyabrın 28-də PSJ çempionat matçında "Loryan"ı qəbul edəcək.