"Mançester Siti"nin bəxtləri gətirmir"

"Mançester Siti"nin bəxtləri gətirmir"
Futbol
57
28 Noyabr 2026 - 21:45

Supersport.Az xəbər verir ki, ​"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Mançester Siti"nin son oyunlardakı nəticələri barədə danışıb.

"Şəhərlilər" artıq ardıcıl dörd turdur ki, İngiltərə Premyer Liqasında qələbə qazana bilmir.

​"Düşünürəm ki, məsələ onların formasında və ya oyun keyfiyyətində deyil. Bəzi matçlarda sadəcə bəxtləri gətirmir. Bu, mənim təhlillərimə əsaslanan şəxsi fikrimdir. Entso oyunu əla başa düşür, dəqiq oyun prinsiplərinə sadiq qalır və öz ideyalarını futbolçulara çatdırmağı bacarır" - deyə,  Arteta bildirib.


​Xatırladaq ki, "Arsenal" və "Mançester Siti" noyabrın 29-da APL-in 12-ci turu çərçivəsində üz-üzə gələcəklər. 

Digər xəbərlər