Lionel Skaloni velosiped üzrə dünya çempionatına vəsiqə qazandı
Supersport.Az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni bir çox futbolçu və məşqçi kimi digər idman növləri ilə də maraqlanır.
Xüsusilə, argentinalı mütəxəssis müntəzəm olaraq velosiped idmanı ilə məşğul olur.
Bu yaxınlarda Skaloni bu sahədə ciddi uğur qazanaraq gələn il keçiriləcək dünya çempionatında iştirak etmək hüququ əldə edib. Argentina yığmasının baş məşqçisi vətənində təşkil olunan "Gran Fondo Siete Lagos" veloyürüşündə iştirak edib. O, 110 kilometrlik məsafəni 2 saat 51 dəqiqə 54 saniyəyə qət edib.
Bu nəticə Skaloniyə 45–49 yaş kateqoriyasında kişilər arasında üçüncü yeri tutmağa imkan verib. Beləliklə, argentinalı mütəxəssis 2027-ci ildə Fransada keçiriləcək velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanıb.
Daha əvvəl Skaloninin Argentina millisi ilə müqaviləsi artırılıb.