"Barselona"da təzyiq böyükdür" - Hans Flik 

"Barselona"da təzyiq böyükdür" - Hans Flik 
Futbol
57
28 Noyabr 2026 - 22:03

Supersport.Az xəbər verur ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik mövsümün bu mərhələsində oyunçulardan daha artığını tələb edib-etməməsi ilə bağlı sualı cavablandırıb.


​"Barselona" ilə müqavilə imzalayarkən məni nələrin gözlədiyini bilirdim. Düşünürəm ki, futbolçular "Barsa"da çıxış etməyin böyük imtiyaz olduğunu başa düşürlər. Bu, hər bir oyunçunun karyerasında ən mühüm mərhələlərdən biridir. Burada təzyiq böyükdür, lakin kuboklar qazananda inanılmaz sevinc hissi yaşayırsan.

​Son iki ildə çempionluq şərəfinə keçirilən paradların bizə bəxş etdiyi o anları yenidən yaşamaq istəyirik. O vaxt azarkeşlərimizə böyük xoşbəxtlik bəxş etmişdik», 

Digər xəbərlər