Maurisio Poçettino: "Heç bir bəhanəmiz yoxdur, yaxşı dərs aldıq"

Maurisio Poçettino: "Heç bir bəhanəmiz yoxdur, yaxşı dərs aldıq"
Futbol
54
28 Noyabr 2026 - 22:20

Supersport.Az xəbər verir ki, ​“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino “Brentford” matçından sonra açıqlama verib.

​

"Birlikdə olmalı və inkişaf etməyə çalışmalıyıq. Daha yaxşı olmalıyıq. Bizim reallığımız budur. Heç bir bəhanəmiz yoxdur. Bura gələndə də bunu bilirdik"

​Komandasının oyuna yaxşı başladığını qeyd edən Poçettino deyib: “Bu gün yaxşı dərs aldıq. Matça yaxşı başladıq və rəqibimizdən daha üstün idik. Oyun bizim nəzarətimizdə idi. Yaxşı presinq etdik və komanda şəklində yaxşı təşkilatlandıq. Qol buraxanda da eyni şəkildə oynamağa davam etməliyik".

​İlk qoldan sonra oyunun dəyişdiyini söyləyən Poçettino belə danışıb:


"Brentford"dan daha üstün idik. İlk qolu buraxanda oyun bizim nəzarətimizdə idi. Qol buraxdıqdan sonra işlər çətinləşdi. Qol vurmağa çalışdıq və həmin vaxt oyunumuza təsir edən, nəticələri olan bəzi qərarlar verməyə başladıq".


​Azarkeşlərin reaksiyasını anladıqlarını bildirən argentinalı mütəxəssis söyləyib:


"Oyunçularımı sonadək dəstəkləyəcəm. Azarkeşlərimizi anlayırıq. Hamımız birlikdə qalmalıyıq. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var".

​

​“Liverpul” və “Brentford”a qarşı alınan nəticələri dəyərləndirən Poçettino deyib:

“‘Liverpul’a qarşı 4:0 və bu gün ‘Old Trafford’da yenə 4:0 uduzmaq yaxşı mənzərə deyil. Birlikdə nələrisə düzəltməyə çalışmalı və daha yaxşıya doğru getməliyik".


​Poçettino fikirlərini belə yekunlaşdırıb:

​"Bunun həm ağrısını, həm də məsuliyyətini hiss edirik. Eyni zamanda reallıq budur. Bunu qəbul edib dəyişməliyik. Güclü dayanmalıyıq. Oyunçularımızı daha yüksək səviyyəyə çıxarmaq üçün onları sıxışdırmağa hazırıq".

Digər xəbərlər