Qvardiola: "Məşqçi kimi "Barselona"ya qayıtmayacağam"
Futbol
54
28 Noyabr 2026 - 23:06
"Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiola gələcəkdə Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
"Məşqçi kimi "Barselona"ya qayıtmayacağam".
Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın əsas komandasına rəhbərlik edib. Daha sonra o, 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2026-cı illərdə isə "Mançester Siti"də çalışıb.
Xatırladaq ki, ispaniyalı mütəxəssis daha əvvəl "Mançester Siti"dən ayrıldıqdan sonra karyerasına fasilə verməyi planlaşdırdığını dəfələrlə bəyan etmişdi.