"Barselona"da mənə dəstək olmadı"

"Barselona"da mənə dəstək olmadı"
Futbol
57
28 Noyabr 2026 - 23:15

"Barselona"nın sabiq hücumçusu Vitor Roke klubda çıxış etdiyi dövrdə baş məşqçi Xavidən kifayət qədər dəstək almadığını bildirib. Braziliyalı futbolçu Kataloniya komandasında 2024–2025-ci illərdə oynayıb.

​"İnsanlar hesab edirlər ki, biz — gənc futbolçular komandaya gələn kimi yüz faiz güclə oynamalı, sona qədər vuruşmalı və ən yaxşı futbolumuzu göstərməliyik. Amma belə deyil. Bizə vaxt lazımdır. Bəzən uyğunlaşmaq üçün bizə lazım olan qədər vaxt verməyə sadəcə çatdırmırlar.

​Biz çox gəncik, yeni dildə danışmaq isə inanılmaz dərəcədə çətindir. Baş məşqçinin dəstəyi vacibdir. Amma mən "Barselona"ya gələndə belə yardım yox idi. Mənimlə demək olar ki, danışmırdılar. Bunu da nəzərə almaq lazımdır, lakin bir çoxları bunu görmür. Onlar elə bilirlər ki, futbolçu ilk dəqiqədən hazır olmalıdır".


​Xatırladaq ki, Roke 2024-cü ildə «Barselona»ya keçib və 2025-ci ildə klubu tərk edib.

Digər xəbərlər