"Bu matçdan vacib nəticələr çıxardıq" 

"Bu matçdan vacib nəticələr çıxardıq" 
Futbol
55
28 Noyabr 2026 - 23:11

​"Bayern"in baş məşqçisi Vensan Kompani Bundesliqanın 11-ci turunda «Hamburq»a qarşı keçirilən matçdan (0:0) sonra təəssüratlarını bölüşüb.

​"Bu oyunda çox şey baş verdi. Gənc futbolçularımızın göstərdiyi oyun həqiqətən tərifə layiqdir. "Hamburq"a qarşı bu səviyyədə oynaya bilməyimiz xüsusilə dəyərlidir. Saşa Boyun müdafiədəki hərəkətlərini ayrıca qeyd etmək istəyirəm — xüsusilə də bu mövsüm meydana o qədər də tez-tez çıxmadığını nəzərə alsaq. İlk növbədə bu, mentalitet məsələsidir.

​Bugünkü nəticəyə görə tam razı qala bilmərik. Amma futboldan yaxşı başı çıxan və kifayət qədər təcrübəyə malik insan kimi deyə bilərəm ki, bu matçdan özümüz üçün vacib nəticələr çıxardıq.

​Bir az vaxt keçəcək, vəziyyət dəyişəcək və biz yenidən qalib gəlməyə başlayacağıq. İndi mübarizə aparmalı, bir-birimizi dəstəkləməli və azarkeşlərimizlə birlikdə hərəkət etməli olduğumuz dövrü yaşayırıq. İnanırıq ki, bu çətin mərhələdən daha da güclü çıxacağıq», — Kompaninin sözlərini «Bayern»in mətbuat xidməti yayıb.

Digər xəbərlər