"Atletiko" Sörlotu göndərə bilər

"Atletiko" Sörlotu göndərə bilər
Futbol
55
28 Noyabr 2026 - 23:20

Aleksander Sörlotun yanvar ayında komandadan göndərilməsi gündəmdədir.

​Zədələr Sörlotun çıxışına təsir edib

2024-cü ildə "Atletiko Madrid"ə transfer olunan Aleksander Sörlot İspaniya klubundakı ilk iki mövsümündə göstərdiyi oyunla diqqət çəkmişdi. Lakin norveçli futbolçu bu mövsüm aldığı zədələr səbəbindən müntəzəm olaraq meydana çıxa bilməyib.

​Zədə səbəbindən 8 qarşılaşmada komandasını tək qoyan təcrübəli mərkəz hücumçusu, şans qazandığı 8 oyunda isə cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gözləntilərin altında qalan bu çıxışdan sonra Sörlotun komandadakı gələcəyi müzakirə olunmağa başlayıb.

​Yanvar ayına qədər oynamayacaq

"Vikinq"lə qarşılaşmada zədələnən Sörlotun yanvar ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu hadisədən sonra "Atletiko Madrid" rəhbərliyinin transfer planlarında dəyişiklik etdiyi və qış transfer pəncərəsində norveçli futbolçu ilə yollarını ayırmağı düşündüyü iddia olunub.

​"Atletiko Madrid"də Sörlot dəftəri bağlanır?

Antuan Qrizmannın komandadan ayrılma ehtimalının gündəmə gəlməsi ilə Sörlotu heyətdə saxlamağı planlaşdıran "Atletiko Madrid"in son hadisələrdən sonra bu fikrindən daşındığı iddia edilib. İspaniya təmsilçisinin 30 yaşlı hücumçu ilə yanvar ayında vidalaşmaqda qərarlı olduğu və gələcək təklifləri dəyərləndirəcəyi irəli sürülüb.

Digər xəbərlər