89 il sonra qələbə
Futbol
56
28 Noyabr 2026 - 22:12
Supersport.Az xəbər verir ki, "Brentford" "Mançester Yunayted"i 89 il sonra "Old Trafford"da məğlub edib. London komandası 4:0 hesablı qələbəyə sevinib.
Maurisio Poçettinonun rəhbərliyi altında ilk ev oyununu uduzan "Mançester Yunayted", "Liverpul" məğlubiyyətindən sonra liqada ardıcıl ikinci məğlubiyyətini alıb. Son liqa qələbəsini avqustun 30-da "İpsviç Taun"a qarşı qazanan "Yunayted", növbəti 10 oyunda 5 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.
Mançester təmsilçisi 12 oyun sonunda 8 xalda qalıb, "Brentford" isə xallarını 20-yə yüksəldib.
Premyer Liqanın növbəti turunda "Mançester Yunayted" "Nyukasl Yunayted"in qonağı olacaq. "Brentford" isə öz meydanında "Arsenal"ı qəbul edəcək.